Həkimlərin səhvi üzündən gəlin toydan bir neçə gün sonra öldü

23 Sentyabr 2020 10:11

Avstraliyalı Eşli Simraj Ceyson Heyllə evləndikdən bir neçə gün sonra xərçəng xəstəliyindən dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail Australia" nəşri məlumat dərc edib.

Qızın atasının dediyinə görə, üç il əvvəl, 20 yaşlı qızının ayağında kiçik bir şiş olub. 

Terapevt bunun ümumi bir "ziyil" olduğunu deyərək, cərrahi üsulla müalicə olunacağının mümkünlüyünü bildirib. 

Lakin şişin hansı xassəli olması və s. istiqamətdə lazımi araşdırma aparılmayıb. Bir il sonra, ayaqdakı yaradan qan axmağa başlayıb. Bu zaman Eşli başqa bir həkimə müraciət edib və yaranın melanoma (ət xalı xərçəngi) olduğu söylənilib.

Bu müddət ərzində xərçəng gənc qadının bütün bədənə yayılıb və bir sıra həyati orqanlara öz mənfi təsirini göstərib. 

Uzun müddətli müalicə aparılsa da heç bir effekt verməyib. Həkimlər Eşliyə ömrünə çox az vaxt qaldığını söyləyiblər.

Toy mərasimdən sonra gəlin xəstəxanaya aparılıb, lakin öz istəyi ilə son günlərini ailəsi ilə keçirmək üçün evə qayıdıb. Eşli bir neçə gün sonra dünyasını dəyişib.

Simraj ailəsi səhv diaqnoz qoyan həkimlərə qarşı məhkəməyə müraciət edib.

Milli.Az