Bakıda yanğın olub

23 Sentyabr 2020 09:28

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 10 m² olan qazanxananın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az