Tovuzda avtomobil aşaraq alovlanıb

22 Sentyabr 2020 21:41

Tovuz rayonunda "VAZ2107" markalı avtomobil yanır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxaraq aşıb və alovlanıb.

Hadisə yerinə FHN-in texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Milli.Az