Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb - FOTO

22 Sentyabr 2020 18:07

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər mövzularda fikir mübadiləsi aparılıb.

Milli.Az