Rusiyada böyük məbləğdə fırıldaqçılıqda günahlandırılan azərbaycanlı biznesmen tutulub.
Milli.Az Fontanka.ru-ya istinadən bildirir ki, 43 yaşlı Kərimov "Metrostroy"un keçmiş başçısı Nikolay Aleksandrovun istintaq işinə təsir göstərməkdə şübhəli bilinir.
O, Sankt-Peterburqun Repino qəsəbəsində, vətəndaş nikahında olduğu qadınla yaşadığı "Kristal" hotelində saxlanılıb.
Milli.Az