Sürücü avtobusa maskasız minən sərnişini bıçaqladı - VİDEO - FOTO

22 Sentyabr 2020 17:03

Sürücü avtobusa maskasız minən sərnişini bıçaqlayıb.

Milli.Az haberglobal-a istinadla bildirir ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib. 42 yaşlı İzzet Ç. idarə etdiyi avtobusa maskasız minən 30 yaşlı Savaş B.-ni qolundan bıçaqlayıb.

Avtobusa maskasız minmək üstündə yaranan mübahisə davaya çevrilib. Sürücü anası ilə birlikdə avtobusa minən sərnişinə bıçaqla xəsarət yetirib.

İzzet Ç. polis tərəfindən saxlanılıb.

Emin
Milli.Az