1000 AZN mükafatlı Red Bull Flick başlayır!

23 Sentyabr 2020 10:00

Azərbaycanda 1000 AZN mükafatlı "Red Bull Flick Edition 2020" kiber idman turniri başlayır. 9-11 oktyabr tarixində onlayn formatda təşkil edilən yarışda həvəskar və peşəkar bütün kiber-idman həvəskarları iştirak edə biləcək. Oktyabrın 9-da start götürəcək yarışma iki seçmə mərhələ və final mərhələsindən ibarət olacaq.

Yarışma Red Bull tərəfindən hazırlanmış 5 özəl xəritədə baş tutacaq. 2x2 (iki ikiyə) formatında keçəcək yarışmada hər kəs öz komanda yoldaşı ilə qatıla biləcək.

Xatırladaq ki, burada uduş fondu 2000 AZN-dir. Belə ki, birinci yer 1000 AZN, ikinci yer 700 AZN, üçüncü yer isə 300 AZN-lə mükafatlandırılacaq.

Qeyd edək ki, Counter Strike:Global Offensiv oyunu əsasında hazırlanan Red Bull Flick yarışması Azərbaycanda artıq ikinci dəfədir keçilir. Azərbaycanda bütün nəsillər arasında xüsusi rəğbət görən bu oyunun Red Bull Flick formatı bütün dünyada sevilən bir formatdır. Ölkə qaliblərinin son olaraq bütün dünyayla birlikdə böyük finalda qarşılaşması isə bu oyunun ən maraqlı cəhətidir.

Oyunçu aparsın!