Oğurlanan telefonda "cinayətkarın" bu görüntüləri aşkarlandı - VİDEO

23 Sentyabr 2020 03:30

Oğurlanan telefonunu tapan gənc yaddaş kartına baxanda "cinayətkar"ın çoxsaylı selfisini və videosunu aşkarlayıb.

BBC-nin məlumatına görə, maraqlı hadisə Malayziyada baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tələbə olan Zakridz Rodzinin sözlərinə görə, o səhər yuxudan duranda telefonunu tapmayıb. Evdə heç bir soyğun əlaməti olmadığı üçün onu haradasa itirdiyini düşünüb.

Bir neçə gündən sonra Rodzinin atası evin qarşısında meymunun oynadığını görüb. Ata bu hadisədən şübhələnərək oğlunun nömrəsini yığıb və evinin arxasında olan meşədən telefonun zəngininin səsinin gəldiyini eşidib. Səsə doğru gedən ata telefonu palma ağacının altında palçığın içində tapıb.

Gəncin əmisi zarafat xatirinə ona telefonun yaddaş kartını yoxlamağı təklif edib. Rodzi əmisinin dediyini etdikdə orada "caninin" - meymunun çoxlu şəkillərini, videosunu aşkarlayıb.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Milli.Az