Neymar yapon futbolçunu təhqir edib

22 Sentyabr 2020 19:34

PSJ-nin futbolçusu Neymar Fransa çempionatının 3-cü turunda "Marsel"lə matçda (0:1) rəqibin oyunçu Hiroki Sakaini təhqir edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yaponiyalı oyunçuya "lənətəgəlmiş çinli" deyib. "Marsel"də Neymarın belə bir ifadə işlətməsi ilə bağlı kadrların olduğu bildirilib.

Bundan əvvəl braziliyalı hücumçu  özü  rəqibin futbolçusu Alvaro Qonzalesi irqçilikdə günahlandırıb. Neymar Qonzalesin ona "meymun" dediyini iddia edib.

Milli.Az