Əks yola çıxan sürücü az qala qadını vuracaqdı - VİDEO

22 Sentyabr 2020 18:11

Bakıda təhlükəli şəkildə avtomobil idarə edən sürücünün videosu sosial şəbəkədə yayılıb.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, sentyabrın 17-i paytaxtın Lütfi Zadə küçəsində hərəkət edən 10-TU-044 qeydiyyat nişanlı "VAZ 2109" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Eyni zamanda, o, nizamlanmayan piyada keçidində hərəkət edən qadına əhəmiyyət verməyərək ona təhlükə yaradıb. Keçiddə hərəkət edən qadın son anda reaksiya verib dayandığı üçün faciəvi qəzadan yayınmaq mümkün olub.

Bu azmış kimi, sürücü qarşıda təkrar olaraq 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkətinə davam edib.

Milli.Az