Vidal rəsmən "İnter"də

22 Sentyabr 2020 17:55

"Barselona"nın futbolçusu Arturo Vidalın "İnter"ə keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İtaliya mətbuatı "İnter"in çilili oyunçu ilə 2+1 illik müqavilə imzaladığı və ilinə 6 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Vidal 2018-ci ildən "Barselona"da oynayırdı.

Milli.Az