NASA yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcək

24 Sentyabr 2020 23:15

NASA bundan xeyli zaman əvvəl raket hazırlanma prosesinin baha başa gəldiyini mətbuata bildirmişdi. O zamandan bu zamana qədər yeni istehsal yolları test edilir və araşdırılırdı. Son məlumatlara görə NASA yeni raket mühərriklərini istehsal etmək üçün 3D Çap üsulunu seçib. 3D Çap üsulu artıq bir çox sahədə çox geniş şəkildə istifadə olunur. Əsasən Tibb sahəsində bir xeyli işləri asanlaşdıran 3D Çap üsulu artıq NASA tərəfindən də istifadə ediləcək.

NASA 3D Çap üsulu ilə raket mühərriklərinin istehsal olunması proyektinə RAMPT adını verdi.
        RAMPT qısaltmasının açılısı Rapid Analysis and Manufacturing Propulsion Technology ( Sürətli Analiz və Hərəkət İstehsalı Texnologiyası ) olaraq adlanır. Mətbuata verilən məlumata görə xam maddə olaraq metal tozu və lazer istifadə ediləcək. Bu səbəblə raket mühərriklərinin istehsal xərcləri bir xeyli azalacaq. Bundan əlavə 3D Çap üsulu ilə mühərriklərin daha sürətli hazırlanması NASA-ya vaxt sərfiyyatı olaraq bir xeyli fayda verəcək. RAMPT proyektinin rəhbəri vurğulayır ki, 3D Çap üsulunun Aviasiya sahəsində istifadə edilməsi Aviasiya sahəsini çox irəli aparacaq və digər istehsal sahələri də bu səbəblə 3D Çap üsulunu öz istehsal proseslərinə inteqrasiya edəcək.

Lakin bu istehsal prosesinin bir məşəqqətli tərəfi var ki, istehsal otaqları kifayət qədər böyük olmalıdır. NASA-nın bildirdiyi məlumatlara görə kifayət qədər geniş və böyük otaqlar ilə ən kompleks mühərrik parçalarını belə asanlıqla istehsal edə biləcəklər. Hal-hazırda RAMPT proyektinin ilk nəticələri artıq əldə edilib. Beləki 3D Çap üsulu ilə bu gunə qədərki ən böyük mühərrik ağızlığı istehsal edilə bilib. Yaxın dövrlərdə Aviasiya sahəsində çox maraqlı yeniliklər görəcəyik.

Milli.Az