Ucuz “LG K42” smartfonu təqdim edilib

24 Sentyabr 2020 08:35

"LG" şirkəti "LG K42" adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizaynı modelin əsas özəlliyidir - o, sahibinə dəyişdirilə bilən elementlərin köməyi ilə qurğunu fərdiləşdirməyə imkan verir. Bundan başqa, "MIL-STD-810G" hərbi standartına uyğun olan aparat müxtəlif növ kənar təsirlərə qarşı dayanıqlıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, cihaz HD təsvir ölçülü 6,6 düymlük displey və 8 mp-lik ön kamera ilə təchiz edilib. Bundan başqa, aparat "MediaTek Helio P22" prosessoru, 3 QB əməli və 64 QB daxili yaddaşa malikdir.

Smartfonun arxa qapağı "LG" tərəfindən "Unique Wave Pattern" kimi təqdim edilmiş xüsusi dizayner yapışdırmaları ilə dəyişdirilmə imkanını nəzərdə tutur. İstehsalçının fikrincə, dekorativ elementi yeniləməklə istifadəçilər cihazın konstruksiyasında hər hansı modifikasiya etmədən qurğunun dizaynını dəyişdirə bilərlər.

Aparatın əsas kamera modulu 13, 5, 2 və 2 mp-lik sensorlardan ibarətdir. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Ucuz olmasına baxmayaraq, "LG K42" aparatı "MIL-STD-810G" hərbi standartı üzrə qorunur.

Milli.Az