“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

24 Sentyabr 2020 08:15

"WhatsApp" messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyasını messencerə əlavə etmək niyyətindədirlər. Bu haqda "WABetaInfo" portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onlar artıq sözügedən yeniləmənin son versiyasını hazırlayıblar və yaxın vaxtlarda açıq beta sınaqlara başlanılacaq. Bundan sonra "WhatsApp" eyni zamanda 4 qurğuda istifadə edilə biləcək.

İstifadəçilər tez-tez bu proqramı bir neçə cihaz üçün dəstəyin olmaması səbəbindən qınaq edirdilər.

"WhatsApp"ın proqramçıları hələ cari ilin iyulunda bu funksiyanı elan etmişdilər. Yeni funksiya "Linked Devices" adlandırılacaq.

Milli.Az