Qaynaqçı ağacdan asılmış vəziyyətdə tapıldı

23 Aprel 2010 11:03
Suraxanı rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Hövsan qəsəbə sakini, 44 yaşlı Elşad Hüseynov özünü ağacdan asıb. Onun meyiti bu gün səhər saatlarında, qəsəbə ərazisindəki bağ massivində ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Qaynaqçı işləyən E.Hüseynovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Şahidlər mərhumun ötən gün ailə üzvləri ilə mübahisə etdiyini deyiblər.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmməov
Milli.Az