Metroda qatarlar gecikir - SƏBƏB - YENİLƏNİB - FOTO

22 Sentyabr 2020 12:04

12:04

Metroda qatarların hərəkərində gecikmə var.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval yubanması 2-3 dəqiqədir:

"Buna səbəb isə, "Nərimanov-Ulduz" yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib. Hazırda metro qatarlarının hərəkətində gecikmələr müşahidələr olunur".

----------
11:21

Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb. 

Milli.Az xəbər verir ki, bu barədə baku.ws-ə məlumat daxil olub. 

"Gənclik" stansiyasından "Nəriman Nərimanov" metro stansiyasına hərəkət edən qatar tuneldə 15-20 dəqiqə gözləməli olub. 

Milli.Az