Yük təyyarəsi sərt qəza enişi edib beton arakəsməyə çırpıldı - FOTO

22 Sentyabr 2020 17:16

Somalidə yük təyyarəsi sərt qəza enişi edib.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə sentyabrın 19-da paytaxt Moqadişoda baş verib.

Məlumata görə, hələlik məlum olmayan səbəblərdən layner "Aden Adde" beynəlxalq hava limanına təcili qəza enişi edən anda beton arakəsmələrə çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman hava gəmisinin kabinəsi və gövdəsi ciddi zərər görüb.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az