Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22 Sentyabr 2020 11:17

Son dönəmlər, xüsusi ilə koronavirus pandemiyası zamanı dublyajları ilə gündəmə gələn Ərtoğrul Kamalova yeni vəzifə verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Adminstrasiyasına dəvət etmişdilər.

Milli.Az