Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz”da

22 Sentyabr 2020 11:12

6-cı mövsümünə start verməyə hazırlaşan "Eşkiya dünyaya hükümdar olmaz" serialına yeni sima daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində aktrisa Pelin Akıl da rol alacaq. Onun hansı obrazı canlandıracağı isə məlum deyil.

Qeyd edək ki, serialın yayıma nə zaman başlayacağı da açıqlanmayıb.

Milli.Az