Argentinada son sutka ərzində koronavirusdan rekord sayda - 429 pasiyent dünyasını dəyişib. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Argentinanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 13 482-yə çatıb.
Son sutka ərzində 8 782 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 640 147-yə yüksəlib.
İndiyədək 508 563 xəstə sağalıb.
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi
Milli.Az