Araz Abdullayev "Boluspor"da debüt etdi

22 Sentyabr 2020 08:53

Türkiyə birinci liqasında 2-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Araz matçın 70-ci dəqiqəsində meydana daxil olub. Bununla da o, yeni komandasında rəsmi debüt edib.

Qeyd edək ki, 2 turdan sonra bir xalı olan "Boluspor" 13-cü pillədə qərarlaşıb.

Milli.Az