"Beşiktaş"ın baş məşqçisi koronavirusdan sağaldı

22 Sentyabr 2020 08:23

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun koronavirus testi mənfi çıxıb.

Qeyd edək ki, sentyabrın 12-i koronavirusa yoluxduğu açıqlanan S.Yalçın bu səbəbdən "Trabzonspor" və "Antalyaspor"la görüşləri buraxmışdı.

Milli.Az