Moskvada koronavirusdan daha 15 nəfər ölüb

22 Sentyabr 2020 08:13

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 15 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 15 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 084 nəfərə çatıb.

Milli.Az