Bakıda oğul atanı vəhşicəsinə döydü

22 Sentyabr 2020 07:45

Bakının Sabunçu rayonunda ailə-məişət zəminində münaqişə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana yaşayış massivində qeydə alınıb.

1960-cı il təvəllüdlü Rzayev İlqar Eldar oğlu yaşadığı evdə oğlu tərəfindən döyülüb. O, bədəninin və üz nahiyəsinin əzikləri, cırılmış yaraları diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az