Braziliyada bir gündə 13,4 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

22 Sentyabr 2020 07:25

Braziliyada son sutka ərzində daha 13 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 377 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 558 068 nəfər yoluxub. Bu müddət ərzində 137 272 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 887 199 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az