İbrahimoviç mövsümə dublla başladı

22 Sentyabr 2020 07:05

"Milan" klubu Futbol üzrə İtaliya çempionatının ilk turunda öz meydanında "Bolonya"yı məğlub edib.

Trend-in məlumatına görə, görüş 2:0 hesabı ilə başa çatıb.

Zlatan İbrahimoviç oyunda iki qol vurdu. Futbolçu 35-ci dəqiqədə və 50-ci dəqiqədə penaltıdan fərqlənib.

27 sentyabrda çempionatın ikinci turunda "Milan" səfərdə "Krotone" ilə oynayacaq.

"Milan" - "Bolonya" - 2:0
Qollar
: İbrahimoviç, 35, 50-pen.

Milli.Az