Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır

21 Sentyabr 2020 22:55

Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.

Nazirlikdən verilən açıqlamada deyilib: "Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır".

Milli.Az