Bakıda müəllim və şagirdlərdə koronavirus aşkarlanıb

21 Sentyabr 2020 21:45

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. 

Bu barədə Təhsil Nazirliyindən Milli.Az-a daxil olan məlumatda bildirilir.

Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Milli.Az