""Hayduk"la oyun "Neftçi" ilə görüşdən çətin olacaq" - Fatih Terim

21 Sentyabr 2020 21:11

"Statistikalar heç bitmir, orada qalib gəlirsən, burada qalib gəlirsən, bunlar bitməz... Əvvəlcə "Hayduk"la çox ağır bir oyunumuz olacaq. "Neftçi" ilə matçdan daha çətin olacağı dəqiqdir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının 3-cü təsnifat mərhələsində Xosvatiya klubu ilə keçiriləcək oyundan danışan təcrübəli mütəxəssis hələlik "Fənərbaxça" ilə Superliqa oyunu haqda düşünmədiklərini bildirib: "Güclü bir komandaya qarşı oynayacağıq. Diqqətli olmalıyıq. Əvvəlcə bu rəqibi keçək, sonra "Fənərbaxça" haqda danışarıq. İnşallah, qələbə seriyamızı "Fənərbaxça" ilə görüşdə də davam etdirərik".

Xatırladaq ki, "Qalatasaray" Avroliqanın 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə 3:1 hesabı ilə qalib gələrək mərhələni adlayıb.

Milli.Az