Futbolçu arvadının 8 il həbsini tələb edir

21 Sentyabr 2020 20:18

Keçmiş futbolçu Emre Aşık boşanma ərəfəsində olduğu həyat yoldaşı Yağmur Aşık Sarnıçı polisə şikayət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Emre boşanma ərizəsi yazdığı gün Yağmurun çalışdığı otelə gələrək onun "Emrenin "e"si belə qalmayacaq. Türkiyədə səni bitirəcəm" sözlərini dediyini iddia edib.

Sarnıçın otelə gəldiyi ərəfədə ona əngəl olmaq istəyən məkanın müdiri Gökhan Ersözü təhqir etdiyi də şikayət arasında yer alıb.

Emre məhkəməyə gedərək qoruma qərarı çıxarılmasını istəyib. Sarnıçın 3 ay ona yaxın durması qadağan edilib. Futbolçu arvadının 8 ilə qədər həbsini istəyib.

Milli.Az