"Sabah"da uruqvaylı qapıçı

21 Sentyabr 2020 19:55

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı qapıçı Alvaro Villete paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 29 yaşlı qolkiper Kolumbiyanın "Patriotas" klubundan bir illik icarəyə götürülüb.

Alvaro son mövsümdə "Patriotas"ın heyətində 8 oyunda meydana çıxıb.

Milli.Az