"Mançester Siti"nin futbolçusu "Barselona"ya keçir

21 Sentyabr 2020 19:28

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, katalonlar 19 yaşlı futbolçunun keçidini 18 milyon avroya həll edib.

İspaniyalı futbolçunun bu gün "şəhərlilər"in Premyer Liqada "Vulverhempton"a qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyi bildirilib.

Qarsiya 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından "Mançester Siti"yə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Milli.Az