Təqaüddə olan polis narkotiklə yaxalandı

21 Sentyabr 2020 22:40

Türkiyənin Ərzurum şəhərində təqaüddə olan polisin maşınından 61 kiloqram 750 qram heroin aşkar edilərək götürülüb.

Milli.Az xəbər verir ki, narkotik vasitə S.N.-ya aid maşının təkər hissəsində gizlədilib.

Faktla bağlı araşdırma aparılır. (publika.az)

Milli.Az