"Barselona" Suareslə razılığa gələ bilmir

21 Sentyabr 2020 19:12

"Barselona" futbolçusu Luis Suareslə 2021-ci ilin yayında başa çatacaq müqaviləni ləğv etmək üçün razılığa gələ bilmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı hücumçuya  7 milyon avro təzminat ödəməyi təklif edir. 33 yaşlı oyunçu isə bu təklifi qəbul etmir.

Bundan əvvəl futbolçunun klubdan müqaviləsinə əsasən 1 illik maaşının - 14 milyon avro ödənilməsini istədiyi bildirilmişdi.

Qeyd edək ki. L.Suares 2014-cü ildən "Barselona"da oynayır. Onun "Yuventus"a keçəcəyi gözlənilir.

Milli.Az