"Ömrümün sonuna qədər çalışacam keyfiyyətli musiqilər təqdim edim"

21 Sentyabr 2020 19:01

İndiki zəmanədə dost xəyanətinə əla baxıram. Artıq hamı ona normal baxır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Fəlidən doğru xəbər" proqramında deyib. ifaçı dost xəyanətinə artıq təəccüblənmədiyini bildirib.

Aparıcı Elşən Orucovun "15 minə toya gedirsən" sözlərinə sənətçi "Fərq olmalıdır da" cavabını verib.

"20 ildir sənətdəyəm, hər şey əladır. Çalışdığım qədər yaxşı musiqi ilə məşğul olur, bəstəkarlarla çalışıram. Ömrümün sonuna qədər çalışacam keyfiyyətli musiqilər təqdim edim", - Zamiq əlavə edib

Milli.Az