"Qarabağ" italiyalı hücumçu ilə danışıqlar aparır

21 Sentyabr 2020 16:51

"Qarabağ" heyətinə yeni hücumçu cəlb edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Kyevo"nun oyunçusu Manuel Puçarelli ilə danışıqlar aparır.

29 yaşlı italiyalı forvardın da Azərbaycana gəlmək istədiyi bildirilib. Onun İtaliyadan başqa təkliflərinin də olduğu, lakin indiyədək yalnız ölkəsində çıxış edən futbolçunun legioner həyatı yaşamaq istədiyi qeyd olunub.

"Empoli"nin yetirməsi olan Manuel Puçarelli "Qavorrano"da oynayıb.

Milli.Az