PSJ-nin futbolçusu əməliyyat olunacaq

21 Sentyabr 2020 16:29

"PSJ"nin müdafiəçisi Xuan Bernat əməlliyat olunacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı ispan futbolçunun bu həftənin əvvəlində əməliyyat olunması gözlənilir. Lakin Bernatın yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı hələlik bilinmir.

Qeyd edək ki, İspaniya millisinin üzvü bir neçə gün öncə Fransa çempionatı çərçivəsində Metz-ə qalib gəldikləri (1:0) oyun zamanı dizindən ağır zədə almışdı.

Milli.Az