BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir

21 Sentyabr 2020 16:02

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.

Bu barədə Milli.Az-a BNA-dan məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməsi ilə bağlı tədbirlər davamlı bir prosesdir:

"Bunun üçün bizim xüsusi proqram təminatı olan planşetlə təmin edilən müfəttişlərimiz tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Həmçinin qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin nəzarət kameralarının imkanlarından istifadə olunur".

Milli.Az