Çexiyada koronavirusa yoluxma artdı, Səhiyyə naziri istefa verdi

21 Sentyabr 2020 14:39

Çexiyanın Səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxma sayının kəskin artması fonunda istefa verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

O, istefa ərizəsini Baş nazir Andrey Babişə təqdim etdiyini bildirib.

Qeyd edək ki, Çexiyada son günlərdə gündəlik 2 minə yaxın yoluxma qeydə alınır.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 49 290 nəfərə çatıb, 503 nəfər həyatını itirib.

Milli.Az