"Rabitə" Braziliya klubu ilə üz-üzə
28 Dekabr 2011 17:18
Bu gün İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində yarımfinal görüşləri keçiriləcək.
Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubu bu mərhələdə Braziliyanın "Unilever" komandası ilə qarşılaşacaq.
Ötən gün Rusiyanın "Severstal" və Fransanın "Kann" klublarına qalib gələn Zoran Qayiçin komandası bu dəfə Braziliya təmsilçisini sınağa çəkəcək.
Qeyd edək ki, digər yarımfinal cütlüyü də bu gün müəyyənləşəcək. Turnirə isə sabah yekun vurulacaq.
28 dekabr
Yarımfinal oyunu
21:30. "Rabitə" (Azərbaycan) - "Unilever" (Braziliya)
Milli.Az