"Barselona"dan ayrılan Arturo Vidalın "İnter"ə keçidi rəsmiləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ötən gecə İtaliyaya yollanaraq tibbi müayinədən keçib və 2+1 illik müqaviləyə qol çəkib.
Bu transferə görə "İnter"in Kataloniya təmsilçisinə 1 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Arturo Vidal "Barselona"ya 2018-ci ildə "Bavariya"dan keçib.
Milli.Az