Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək

21 Sentyabr 2020 10:53

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər.

Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Milli.Az