Yol qəzasında xəsarət alan 30 yaşlı kişi xəstəxanada öldü

21 Sentyabr 2020 10:31

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.   

Xatırladaq ki, hadisə sentyabrın 20-də Ələt-Astara magistral yolunda baş vermişdi. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi "BMW" markalı avtomobillə yolun kənarında dayanan piyada Bayram Əliyevi vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az