Gürcüstandan daha 250 nəfər Azərbaycana gətirilir

21 Sentyabr 2020 10:15

Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.

Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyyəsi təmin edilib. 

Milli.Az