Xırdalanda 30 yaşlı qadın özünü beşinci mərtəbədən atıb öldürdü

20 Sentyabr 2020 23:49

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

"AAAF Park" yaşayış komleksində yaşayan 1990-cı il təvəllüdlü Fətullayeva Azadə İbadət qızı özünu yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Nəticədə A.Fətullayeva hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az