Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

20 Sentyabr 2020 22:41

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 1990-cı il təvəllüdlü Nurullayev Samir Fətulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az