Parka atılan zibillər sahiblərinin evinə göndəriləcək - MARAQLI ADDIM

21 Sentyabr 2020 08:07

Taylandın paytaxtı Banqkokda "Khao Yai" milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu məsələdə park rəhbərliyinə polislər də yardım edəcək. Ünvanları müəyyən edilən şəxslərə atdıqları zibil karqo vasitəsilə geri göndəriləcək.

Göndərilən hər bir bağlamada "bunları Khao Yai Milli Parkında unutmusunuz" qeydi yazılacaq.

Milli.Az