Çantasında doğranmış qadın meyiti ilə… - Dəhşətli qətlin TƏFƏRRÜATI

21 Sentyabr 2020 05:30

ABŞ-da dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Luisvill şəhərinin sakini çantasında doğranmış qadın meyiti ilə qonaq gedib.

Qeyd edilir ki, 30 yaşlı Melvin Martin adlı şəxs Çikaqoya qohumlarıgilə qonaq gedib. İki çantasının olmasına baxmayaraq, o, ev sahiblərindən geyim istəyib. Bu ev sahiblərində şübhə yaradıb.

Bir neçə gündən sonra Martin evdən çıxanda onlar çantaları açıblar. Qarşılarına çıxan mənzərədən dəhşətə gələn ev sahibləri dərhal polisə müraciət ediblər. Çantalarda qadın başı və digər qalıqlar aşkarlanıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları qurbanın məişət zorakılığı zəminində öldürüldüyünü müəyyən ediblər. Bir gün sonra polislər qadının meyitinin başqa hissələrini Luisvill parkında aşkarlayıblar. Qatil həbs olunub. (ölkə.az)

Milli.Az