Alper Potukun yeni klubu müəyyənləşdi

20 Sentyabr 2020 17:33

"Fənərbağça"dan azad agent statusu ilə ayrılan Alper Potukun yeni komandası müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Ankaragücü ilə anlaşıb.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Milli.Az