"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lion"dan Bertrand Traoreni transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı burkina fasolu hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
İngiltərə mətbuatı isə "Aston Villa"nın bu transfer üçün Fransa klubuna bonuslarla birlikdə 20.6 milyon avro ödəyəcəyini yazıb.
Milli.Az